İran Prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı bildirib ki, xalqın rifahı təmin olunmadan ölkəni effektiv idarə etmək mümkün deyil.
O vurğulayıb ki, yeni büdcə insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlməlidir və bu, hökumətin əsas prioriteti olmalıdır.
Pezeşkian xatırladıb ki, ötən il hökumətə gəlməzdən əvvəl tibb işçiləri, müəllimlər, təqaüdçülər və fermerlər müxtəlif etirazlar keçirirdilər, eləcə də enerji və yanacaq çatışmazlığı yaşanırdı. Onun sözlərinə görə, hökumət indi bu problemlərin əksəriyyətini aradan qaldırıb.
Prezident əlavə edib ki, parlament hər həftə bir gününü xalqın gündəlik qayğılarının müzakirəsinə həsr edir. O qeyd edib: “Əgər insanların dolanışığı təmin olunmazsa, digər nailiyyətlərin heç bir mənası olmayacaq”.
Pezeşkian həmçinin vurğulayıb ki, İranın zəifləməsinə yol verməyəcəklər və milli birliyi qoruyaraq ölkənin problemlərini həll etmək niyyətindədirlər.
"AzPolitika.info"


Şərhlər