Menu

Gürcüstanın sabiq Baş nazirinə cinayət işi açılıb

12.11.2025, 16:16
Gürcüstanın sabiq Baş nazirinə cinayət işi açılıb

Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariyaya qarşı cinayət işi açılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.

Onun sözlərinə görə, iş 2019-cu ilin 20-21 iyun hadisələri və işğal xətti yaxınlığında yerləşən Çorçana kəndində polis postunun yaradılması ilə əlaqəlidir.

Qeyd edək ki, Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə Baş naziri olub. O, hazırda Almaniyada uzunmüddətli viza əsasında yaşayır.

Xatırladaq ki, Qaxariyanın daxili işlər naziri olduğu dövrdə 2019-cu ilin iyunun 20-də Tbilisidə parlament binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası gözyaşardıcı qaz və rezin güllələrin istifadəsi ilə dağıdılıb, nəticədə 38-i jurnalist olmaqla 240 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol