Ukraynada müharibə başlayandan bəri, Rusiya akademik nəşrlərinin müəllifləri əsərlərində Prezident Vladimir Putinə müntəzəm olaraq istinad etməyə başlayıblar.
“AzPolitika” xəbər verir ki, bu barədə “eLibrary” akademik məlumat bazasından mətnlər toplusunu təhlil edən “Verstka” nəşri məlumat yayıb.
Hesablamalara görə, 2022-2025-ci illər arasında Putin ən azı 26.500 akademik məqalədə qeyd olunub və ən azı 705 nəşr birbaşa ona həsr olunub.
Jurnalistlər qeyd edirlər ki, Putinin adı politologiya və sosiologiya jurnallarında, eləcə də pedaqogika, filologiya, mədəniyyətşünaslıq və hətta tibb mövzularında materiallarda qeyd olunur.
Bundan əlavə, müəlliflər tez-tez Putinin çıxışlarını, fərmanlarını və müraciətlərinə sadəcə təhlil mövzusu kimi deyil, həm də arqumentləri üçün dəlil kimi istinad edirlər. Putinin açıqlamaları həmçinin, elmi işlərin aktuallığını əsaslandırmaq üçün istifadə olunur.
“AzPolitika.info”


Şərhlər