Menu

Rusiyanın süni intellektli ilk robotu yıxıldı – VİDEO

12.11.2025, 18:56
Rusiyanın süni intellektli ilk robotu yıxıldı – VİDEO

Rusiya elmi sənayesi yeni texnologiyalarda nə qədər irəlilədiyini nümayiş etdirməyə çalışarkən, növbəti fiaskoya uğrayıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasında süni intellektə malik ilk Rusiya antropomorfik robotunun Moskvadakı təqdimat mərasimindən görüntülər yayılıb. Robotu hazırlayan şirkətin direktoru Vladimir Vituxin təqdimat zamanı fəxrlə Yeni Texnoloji Koalisiya tərəfindən yaradılan Aidol robotunun 77% Rusiya komponentlərindən hazırlandığını açıqlayıb.

Vituxinin sözlərinə görə, robot əmrləri yerinə yetirməklə yanaşı, həm də insanlarla təbii və rasional şəkildə qarşılıqlı əlaqədə ola bilər. Onun dediyinə görə, bu robot xidmət sektorunda, sənayedə və ictimai yerlərdə istifadə üçün nəzərdə tutulub. Lakin təqdimat zamanı bir-iki addım atan robot “səndələyərək” yıxılıb. Təqdimat yarımçıq kəsilib. Bu da rusiyalı mühəndislərin “müasir və qüsursuz” robot hazırlamaq imkanının növbəti göstəricisi olub.

Qeyd edək ki, bu video sosial şəbəkələrdə geniş müzakirələrə və ironiyalı şərhlərə səbəb olub. Bir çoxları hətta rusiyalı robotun “kefli olduğunu” iddia ediblər…

“AzPolitika.info”

Şərhlər

Azer 2025-11-12 19:04:30

Robot konkret esl rus robotudur. Alkaş, ayag uste dura bilmir ))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol