Menu

ABŞ Energetika Nazirliyi "Brent" neftinin qiyməti üzrə proqnozunu yüksəldib

12.11.2025, 22:38
ABŞ Energetika Nazirliyi "Brent" neftinin qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2025-ci il üçün "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu 0,17% artıraraq bir barel üçün 68,64 dollardan 68,76 dollara yüksəldib.

"Report"un məlumatına görə, bu, Nazirliyin Enerji Məlumatları İdarəsinin hesabatında öz əksini tapıb.

Eyni zamanda, qurum proqnozlaşdırır ki, 2026-cı ilin birinci rübündə "Brent" neftinin qiyməti dünya üzrə neft ehtiyatlarının artması səbəbindən bir barel üçün 54 dollara qədər enəcək.

ABŞ Energetika Nazirliyi həmçinin gözləyir ki, "OPEC+" ölkələrinin neft hasilatı dünya ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağı proqnozları fonunda hədəf səviyyələrindən orta hesabla gündəlik 1,3 milyon barel az olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol