Menu

Almaniya 2026-cı ildə Ukraynaya maliyyə yardımını artıracaq

12.11.2025, 23:22
Almaniya 2026-cı ildə Ukraynaya maliyyə yardımını artıracaq

Almaniya hökuməti 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir.

APA xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bildirib.

“Büdcə düzəlişlərinə dair iclasda biz Ukraynanın möhkəmləndirilməsi üçün əlavə olaraq daha 3 milyard avro ayıracağıq”, – o deyib.

Klinqbeyl həmçinin xatırladıb ki, Almaniya Ukraynanın ən böyük Avropa donorudur.

Qeyd olunur ki, hazırda Bundestaqda 2026-cı il dövlət büdcəsi layihəsi üzrə müzakirələr yekunlaşmaq üzrədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol