Menu

"Azərbaycanda inflyasiya 2026-2027-ci illərdə azalacaq" - "S&P Global Ratings"

13.11.2025, 12:34
"Azərbaycanda inflyasiya 2026-2027-ci illərdə azalacaq" - "S&P Global Ratings"

Azərbaycanda inflyasiya 2026-2027-ci illərdə azalacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" reytinq agentliyinin proqnozunda bildirilib.

Agentlik bu ilin sonuna inflyasiya proqnozunu 6% müəyyən edib. "S&P" ölkədə qiymətlərin artım tempini 2026-cı ildə 4,5 faiz, 2027-ci ildə isə 4 faiz səviyyəsində proqnozlaşdırıb.

Başqa sözlə, reytinq agentliyinin qiymətləndirməsinə görə, inflyasiya növbəti illərdə tədricən sabitləşəcək və orta müddətli dövrdə 4–4,5 faiz intervalında formalaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol