Menu

S&P “Brent” neftinin qiyməti üzrə proqnozunu açıqlayıb

13.11.2025, 13:46
S&P “Brent” neftinin qiyməti üzrə proqnozunu açıqlayıb

"S&P Global Ratings" 2025-2026-cı illər üzrə "Brent" etalon markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Bu barədə "APA-Economics" agentliyin oktyabr ayı üzrə proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, “Brent” neftinin orta qiyməti 2025-ci ildə 67 ABŞ dollar, 2026-cı ildə isə 60 dollar səviyyəsində olacaq.

Bununla yanaşı, "S&P Global Ratings" “Brent” neftinin qiyməti üzrə 2027-ci il üçün proqnozunu açıqlayıb. Belə ki, agentlik qeyd olunan göstəricinin 2027-ci ildə 65 dollar səviyyəsində qərarlaşacağını ehtimal edir.

Agentliyin hesablamalarına görə, 2024-cü ildə “Brent”in orta qiyməti 80 dollar təşkil edib.

Beləliklə, 2025-ci ildə “Brent” nefti illik müqayisədə 16,3%, 2026-cı ildə 10,4% ucuzlaşacaq, 2027-ci ildə isə 8,3% bahalaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol