Menu

“BÜDCƏYƏ QƏSD, DÖVLƏTƏ, XALQA QƏSDDİR” – "Bunlar haradandı, haradan oğurlayıb?..."

13.11.2025, 21:02
“BÜDCƏYƏ QƏSD, DÖVLƏTƏ, XALQA QƏSDDİR” – "Bunlar haradandı, haradan oğurlayıb?..."

"Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrilib. Bu, təqdirəlayiqdir. Amma bu düşünülmüş şəkildə həyata keçirilməlidir. Burada müəyyən problemlər var".

“AzPolitika” "Unikal"a istinadla xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, Qarabağ Regional Mədəniyyət İdarəsinin bir avtobusu yoxdur: "10 rayonu təmsil edir. Bu adamlar əsgərlərlə görüşə gedirlər, musiqi alətlərini hara qoysunlar? Oxuyanlar, çalğıçılar nə ilə gedib-gəlsinlər? Bunun üçün diqqət, qayğı lazımdır. Xadimə, gözətçi və s. ştatı ləğv etmək asandır. Ancaq onlara çörək vermək lazımdır. Minlərlə belə ştatlar ləğv edilib. Hardasa bir dövlət məmuru özünə iş yeri açır, ora milyonlarla vəsait qoyur. Bu, büdcəyə qənaət deyil, ziyan vurmaqdır. Belə məsələlər gündəmə gətirilib lazımi tədbirlər görülməlidir. Biz büdcəyə nəzarətdən danışırıq. Bir də görürsən bir nazir, nazir müavini, icra başçısı saxlanıldı, ortalığa milyonlarla vəsaiti, villası, obyektləri qoyuldu. Bunlar haradandı, haradan oğurlayıb? Bu rüşvət deyil. Bir çox hallarda maliyyə sənədlərinin saxtalaşdırılmasıdır. Layihələr, tenderlər var ki, onların başdangetdi həllidir. Büdcəyə qəsd, dövlətə, xalqa qəsdir. Hər birimiz bu sahədə mübarizəmizi aparmalıyıq".

“AzPolitika.info”

Şərhlər

Kasıba varsız 2025-11-14 11:04:48

Nəyin peşindəsiniz? Əsrin neft və onunla bağlı sahələrin 25 illik kontraktı dosroçno- 2017də bitib! Səpələnmiş fondlar da əl çatmaz, ya azdır ki, iri sərmayələrlə daha iri-dünyəvi rəqabət-bazarlı dərin və geniş yeni sənaye obyektləri qurasan?

Kasıb 2025-11-13 21:18:44

Neft qaz milyardları büdcəyə daxil olmamış böyük hissəsi yox olur talanır. Büdcədə də olanları da talayırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol