Menu

“NAXÇIVANA UÇAN TƏYYARƏLƏRİN “BİZNES KLASS”I OLMUR...” – İşindən uzaqlaşdırılan Fuad Nəcəfli

13.11.2025, 21:18
“NAXÇIVANA UÇAN TƏYYARƏLƏRİN “BİZNES KLASS”I OLMUR...” – İşindən uzaqlaşdırılan Fuad Nəcəfli

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsindən azad olunub.

"AzPölitika" xəbər verir ki, Prezidentin sabiq nümayəndəsi “Teleqraf”a açıqlamasında işdən çıxarılmasından danışıb.

“Nəinki Naxçıvan, mən bütöv Azərbaycanımızın vurğunuyam. Bir canım var, o da bu vətənə qurban olsun. Allah cənab Prezidentimizin canını sağ etsin, onu qorusun.

Sizin peşə yolunuz şərəfli yoldur. Araşdırma etmək mümkündür və bu, sizin hüququnuzdur. Mənim nəyləsə bağlı açıqlama verməyim subyektiv olar. Siz isə obyektiv olmalısınız. Bütün peşəkar insanlara salam deyirəm”.

O, Naxçıvandan Bakıya qayıdan zaman təyyarədə çəkilərək sosial şəbəkələrdə yayılan fotosundan da danışıb: “Naxçıvana uçan təyyarələrin “biznes klass”ı olmur. Bir salon olur və fotoda mən gözləmə zalında deyil, təyyarədəyəm”.

Qeyd edək ki, Fuad Nəcəfli sözügedən vəzifəyə 2022-ci ilin dekabrında təyin olunmuşdu.

"Unikal.az"-ın məlumatına görə, Fuad Nəcəfli Naxçıvanda Dövlət Proqramı layihəsini gecikdirdiyinə görə işdən çıxarılıb.

"AzPölitika.info"

Şərhlər

Telman 2025-11-13 23:16:13

Embrarerlərdə olmur Airbus 320 olnda olur. Mən biznes klas ilə uçmuşam.

sadiq 2025-11-13 19:00:19

sənin canın lazım deyil. gərək sənə göstərilən etimadı işinlə doğruldaydın

Rr 2025-11-13 18:39:45

Aha, biznes klass olsaydi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol