Menu

"Bir gün "DW Russian"da da BBC-də olduğu kimi qalmaqal olacaq" - Fərid Şəfiyev

13.11.2025, 15:11
"Bir gün "DW Russian"da da BBC-də olduğu kimi qalmaqal olacaq" - Fərid Şəfiyev

Bir gün "DW Russian"da da hazırda BBC-də olduğu kimi qalmaqal olacaq.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "X" hesabında yazıb.

O qeyd edib ki, "DW Russian"da bəzi insanlar Ermənistan və Azərbaycan arasındakı sülhlə barışa bilmirlər:

"Əminəm ki, bir gün "DW Russian"da da hazırda BBC-də olduğu kimi bir qalmaqal olacaq. Ermənistanda revanşist VOMA adlı yarımhərbi qurumunu "müdafiə təşkilatı" kimi tanıtmağın mənası nədir? Görünür, "DW Russian"da bəzi insanlar Ermənistan və Azərbaycan arasındakı sülhlə barışa bilmirlər, çox qərəzli reportajlar hazırlayır, reallıqdan uzaq bir şəkildə Cənubi Qafqazda yalnız bir neçə marginal səsləri ön plana çıxarırlar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol