Ukrayna müdafiə qüvvələri Rusiya ərazisində və müvəqqəti işğal olunmuş bölgələrdə (MİB) bir neçə onlarla hərbi və infrastruktur obyektə kütləvi zərbələr endirib. Hücumlarda “Flamingo” raketləri də daxil olmaqla müxtəlif tipli uzaqmənzilli silahlar və zərbə PUA-lar istifadə olunub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatına görə, işğal altındakı Krım ərazisindəki “Dəniz neft terminalı” adlı neft məhsulları anbarı, “Kirovskoye” aerodromundakı helikopter dayanacağı və PUA-ların hazırlanma məntəqələri, həmçinin Evpatoriya yaxınlığında yerləşən hava hücumundan müdafiə radiolokasiya stansiyası dəqiqliklə vurulub.
Bundan əlavə, işğal altındakı Zaporojye vilayətində Berdyansk yaxınlığında yerləşən neft bazası, eləcə də Rusiya ordusunun 5-ci ümumqoşun ordusu və 127-ci motoatıcı diviziyasının idarəetmə məntəqələri məhv edilib.
Baş Qərargah həmçinin bəyan edib ki, zərbələr Rusiya Federasiyası ərazisindəki bəzi obyektlərə də endirilib.
"AzPolitika.info"


Şərhlər