Menu

"Tashir Kapital” hökuməti cinayətdə ittiham edir – HES-də yeni təyinat qalmaqal fonunda baş verdi

13.11.2025, 16:36
"Tashir Kapital” hökuməti cinayətdə ittiham edir – HES-də yeni təyinat qalmaqal fonunda baş verdi

“Ermənistan Elektrik Şəbəkələri” (HES) şirkətinə yeni direktor təyin edilib. 

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, şirkətin əsas idarəetmə xətti üzrə direktor vəzifəsinə Armen Şahnazaryan gətirilib.

Təyinat bir neçə aydır enerji sektorunda davam edən siyasi və hüquqi qalmaqallar fonunda həyata keçirilib. Rusiyalı oliqarx Samvel Karapetyana məxsus “Tashir Kapital” holdinqi bəyan edib ki, HES-lə bağlı araşdırma aparan və müvəqqəti idarəçi təyin edən rəsmi şəxslərə qarşı cinayət işi başlanması üçün Antikorrupsiya Komitəsinə müraciət edib.

Holdinq iddia edir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Romanos Petrosyan və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının (HŞTK) bəzi üzvləri qanunsuz qərarlar qəbul ediblər. Hazırda komissiya HES-in lisenziyadan məhrum edilməsi məsələsini müzakirə edir.

“Tashir Kapital” komissiya sədri Mesrop Mesropyanı qərəzli davranmaqda ittiham edir və onun partiya üzvü olmasının siyasi neytrallığı şübhə altına aldığını bildirir. Şirkətin vəkili Vardan Aloyan vurğulayıb ki, Mesropyan hökumətin əvvəlcədən elan etdiyi planı icra edir.

HES hal-hazırda müvəqqəti dövlət idarəçiliyi altındadır. Yeni direktor Armen Şahnazaryanın təyinatının “Tashir” qrupu ilə hökumət arasındakı gərginliyi azaldıb-azaltmayacağı isə hələlik bəlli deyil.

Ekspertlər hesab edirlər ki, bu hadisələr Ermənistan hökumətinin enerji sektorunda oliqarxik təsirləri məhdudlaşdırmaq və siyasi nəzarəti gücləndirmək cəhdlərinin göstəricisidir.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol