Menu

"Ermənistanın xarici borcu silah alışı səbəbindən artıb" - Baş nazir

13.11.2025, 18:20
"Ermənistanın xarici borcu silah alışı səbəbindən artıb" - Baş nazir

Ermənistanın xarici borcu silah alışı səbəbindən artıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə büdcə layihəsinə həsr olunmuş çıxışı zamanı müxalifətə cavabında belə deyib.

“Bizi qınayırlar ki, borc niyə 8 milyard dollara qədər artıb, biz bu vəsaitlə nə etmişik? Danışmaq istəmirdim, amma deyəcəyəm: silah aldıq. Kredit vəsaitləri ilə? Bəli, kredit vəsaitləri ilə, çünki bizə dərhal çox silah lazım idi”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol