Menu

ABŞ-nin təyyarədaşıyan gəmisi yaxın günlərdə Venesuela sahillərinə yaxınlaşacaq

14.11.2025, 08:26
ABŞ-nin təyyarədaşıyan gəmisi yaxın günlərdə Venesuela sahillərinə yaxınlaşacaq

ABŞ-nin təyyarədaşıyan gəmisi "Gerald R. Ford" bir neçə gün ərzində Venesuela sahillərinə yaxınlaşacaq.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" (AP) xəbər yayıb.

Agentlik qeyd edib ki, təyyarədaşıyan gəminin gəlişi regionda ABŞ-nin hərbi gücünün əhəmiyyətli dərəcədə artmasını göstərir. Pentaqon 24 oktyabrda gəminin ABŞ-nin Silahlı Qüvvələrinin Cənub Komandanlığının məsuliyyət zonasına göndərilməsini açıqlayıb. Bu zonaya Mərkəzi və Cənubi Amerika və Karib dənizi daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol