Menu

Nəsiminin yeni icra başçısı bu məşhur şəxsin nəvəsidir - FOTO

14.11.2025, 12:16
Nəsiminin yeni icra başçısı bu məşhur şəxsin nəvəsidir - FOTO

Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov ötən gün Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Nəsimi rayonunun icra başçısı vəzifəsinə təyin edilib.

"AzPolitika" "Unikal"a istinadla xəbər verir ki, E.İbrahimov Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə gətirilmişdi. Həmin təyinatadək o, Şamaxının icra başçısının müavini işləyirdi.

 Xəlfə İbrahimov

Şərhlər

Vətəndaş 2025-11-14 15:06:34

Dərsini evdə alır.Lakirovka heç zaman effekt verməyib və verməyəcək.Bunu möhtərəm prezigentə xatırladana ehtiyac var.Buna qədər.biri bir rayonda biabır olma ərəfəsində hansı yolla isə başqa rayona eyni vəzifəyə göndərilir.Ölkədə adam tapılmır? İşsizlik baş götürüb gedir..Babası dağıdıb indi nəvə ortaya buraxılıb.

Kohne 2025-11-14 13:15:33

BIZDE VEZIFE IRSLE DAVAM EDIR....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol