Menu

Sabirabadda qadın qətlə yetirilib - Qardaşı tutulub

14.11.2025, 13:14
Sabirabadda qadın qətlə yetirilib - Qardaşı tutulub

Sabirabad rayonunda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb.

Hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun ölümündə şübhəli bilinən qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol