"Aztelekom" MMC-də işçi sayının optimallaşdırılması məqsədilə zərurət yarandıqca tədbirlər görülür".
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq şirkətdən bildirilib.
Qeyd olunub ki, 2025-ci ilin əvvəlində “Onlayn Azərbaycan” layihəsinin başa çatması ilə əlaqədar işlərin yekunlaşması, habelə yeni texnologiyanın tətbiqi ilə bağlı bir sıra avadanlıq və funksiyaların aktuallığını itirməsi səbəbindən təşkilati strukturun təkmilləşdirilməsi zərurəti yaranıb.
“Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.
“Aztelekom” MMC-nin yenidən təşkili, o cümlədən “Onlayn Azərbaycan” layihəsinin uğurla başa çatması səbəbi ilə biznesin optimallaşdırılması, istehsalatın (göstərilən xidmətlərin) düzgün planlaşdırılması, xərclərin nizamlanması, o cümlədən işçi sayının optimallaşdırılması məqsədilə zərurət yarandıqca, qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla tədbirlər görülməkdədir.
Qeyd edək ki, “Aztelekom”da kadr ixtisarlarının həyata keçirilməsi barədə redaksiyamıza məlumat daxil olub.

Şərhlər
"Azerrabitelayihe "52 ildir fealiyyet gosterir. Bu idare Respublikanin butun rayonlarinda ve kendlerinde Rabite binalarinin ve qurgularinin tikintisi ile mesgul olur. Analoqu olmayan idaredir.
52 il fealiyyet gosteren idareni baglamaq duzgundurmu? Bu gune kimi Respublikanin erazisindeki ishleyen butun Rabite qurgularinin tikintisinin layiheleri mehz bu idarede hazirlanmishdir.
AZTELEKOMDA SAHƏNİ BİLƏN MÜTƏXƏSİSLƏR İXTİSAR OLİNUR ,SAHƏYƏ AİDİYYATI OLMAYANLAR DƏFƏLƏRLƏ YÜKSƏK MAAŞLARLA İŞƏ QƏBUL OLUNUR.ADINI DA QİYYURLAR OTİMALLAŞMA.