Menu

Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub - STATİSTİKA

14.11.2025, 14:07
Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub - STATİSTİKA

Bu ilin yanvar-oktyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılar ümumilikdə 52 milyard 615,7 milyon manatlıq məhsul alıblar. Bunun 28,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 23,9 milyard manatı isə qeyri-ərzaq mallarının satışına aiddir.

Rəsmi məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artıb. Artım ərzaq qrupunda 1,3%, qeyri-ərzaq mallarında isə 6,7% təşkil edib.

İstehlakçıların ticarət şəbəkəsində xərclədiyi vəsaitin strukturunda dəyişikliklər də diqqət çəkir. Alıcıların aylıq xərclərinin:

- 50,4%-i ərzaq məhsullarına;

- 4,1%-i içkilər və tütün məhsullarına;

- 14,3%-i geyim, ayaqqabı və toxuculuq məhsullarına;

- 6%-i yanacağa;

- 4,9%-i elektrik malları və mebellərə;

- 2,4%-i əczaçılıq və tibbi məhsullara;

- 1,4%-i kompüter və çap məhsullarına;

- 16,5%-i isə digər qeyri-ərzaq mallarına yönəlib.

Hesabat dövründə ölkədə bir nəfər ay ərzində orta hesabla 513,8 manatlıq alış-veriş edib. Bunun 279,9 manatı ərzaq və içki məhsullarının, 233,9 manatı isə qeyri-ərzaq mallarının payına düşür.

"AzPolitika.info"

Şərhlər

TARİX 2025-11-14 16:15:09

Yarısı yox,80 faizi.

B.Kolxozdar 2025-11-14 15:56:01

Son SSRİ ideo-iqtisadi Akademisi suveren buraxandan Üst Özəl iqtisadi formasiona yönəlmişik. Heç olmazsa tam yarı vətəndaşımız aya, ya bir ilə orta hesabla Adambaşına hansı məbləğı qazana bilirik? Onun artığı ilə üç 33 ilə imkanlı Özəl (vətəndaş kapitalı) ölkəsinə-dövlətinə inkişaf edə bilərikmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol