Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Mahir Quliyevin səhhətində problem yaranıb.
“AzPolitika” bildirir ki, bu barədə ”Gununsesi.info”-ya onun yaxınları məlumat verib. Qeyd olunur ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər. İcra başçısıın qarın nayihəsində şiş yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir.
Xatırladaq ki, Mahir Quliyev həbsdə olarkən ürəyindən əməliyyat olunub.
M.Quliyev 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Biləsuvar Rayon İra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. O, Bakı Ağır inayətlər Məhkəməsinin qərarı ilə 11 müddətinə azadlıqdan məhrum edilib. Sonradan yuxarı instansiya məhkəməsi onun cəzasını qismən azaldıb.
“AzPolitika.info”

Şərhlər
BAKI SAGLAMLIQ MERKEZINE NIYE !??? KIMDEN ARTIQDIR ??? Hokùmet o boyda DUSTAQLAR ŮÇÙN MERKEZLEŠDIRILMIŠ XESTEXANA TIKIB....DEMELI QANUN HER KES ŮÇÙN DEYIL ! !.