Menu

Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN

14.11.2025, 17:01
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN

"Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 24 sentyabr 2022-ci il tarixli Sərəncamda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.

Fərmana əsasən, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib.

Prezidentin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın tərkibinə daxil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol