Etibar ƏLİYEV
Emin Əmrullayev AMEA-nın 80 illik Yubileyində çıxışının bir hissəsində deyir ki, elmi məqalə yazmaq elmdə formal xarakter daşıyır. Çıxışının digər hissəsində isə alimləri təbrik edir ki, Azərbaycan elmi məqalələrin sayına görə postsovet məkanına daxil olan ölkələr içərisində xeyli irəliləyib.
3-4 il bundan əvvəl deyirdi ki, ali məktəblərə tələbə qəbulunun sayını kəskin artırmaq lazımdır. Ali məktəblərdə 150-200 bal toplayan tələbə əlindən tərpənmək mümkün deyil. İndi də deyir ki, tələbə sayını azaldıb keyfiyyəti artırmaq lazımdır.
Bu adam 3 ildən çoxdur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir vəzifəsinə kadr tapa bilmir. Bakı məktəblərinin tabe olduğu qurumda xaos hökm sürür.
Bilərəkdən belə vəziyyət yaradıb.
Təhsilin İnkişafı Fondunu da “ağ günə” çıxartdı. Ağsu rayonunda "Azqranata" MMC-də maliyyə departamentinin direktoru vəzifəsində işləmiş İlqar Bayramlını Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin etdi.
Əli Həsənovun pul ortağı (Kaspi liseyində) Elnur Əliyev isə böyük ənənəsi olan, vaxtilə professor Zahid Qaralovun, professor Abdulla Mehrabovun direktoru olduğu Təhsil İnstitutunu korrupsiya yuvasına çevirib. Orada tam anarxiya hökm sürür...
Missiya artıqlaması ilə həyata keçirilir.

Şərhlər
Bu korriupsiya və' rüşvətin Azərbaycanda geniş yayılması Cinayət məcəlləsinin maddəsinə uyğun olara rüşvət verənin cinayətə cəlb olunmasının gizli olaraq tətbiq edilməməsi məsələyə yuxarıdan nədənsə diqqət verilmədiyi də səbəb kimi göstərilə bilər.
Etibar bıy.Sizə elə gəlmirmi ki.təhsilin təşkili və səviyyəsinə nəzarət etməli olan Prezident aparatımda məsul işçilər də vəzifələrinə biganə yanaşırlar.. Ağrısını xaıq və ölkə çəkiir.
təhsil sistemində bu biabırçılıq qurtarmaq bilmir. yəqin ki bu korrupsiya ocağının dağıdılması vaxtı çatıb
Azərbaycan təhsili, elmi rüşvət, korrupsiya səbəbindən ağlar günə qalıb. Belə ki, məktəblərdə şagirdlərdən pul yığımı, dərs saatlarının bölümündəki neqativ hallar və s., ali məktəblərdə uzun illər BDU rektoru olmuş Abel kimilər, AAK komissiyasında bir xeylı qabağ "professorun" elmi ad alveri və s. və i...