Menu

Hindistan bu helikopterləri ala bilmədi - Türkiyə icazə vermədi

15.11.2025, 12:30
Hindistan bu helikopterləri ala bilmədi - Türkiyə icazə vermədi

Hindistan ordusu üçün nəzərdə tutulan ikinci "Apache AH-64E" helikopterlərinin göndərişi gözlənilmədən dayandırılıb.

Bu barədə Hindistan mediası məlumat yayıb.

Məlumata görə, buna səbəb Türkiyənin öz hava məkanından istifadəyə icazə verməməsi olub.

Belə ki, Almaniyanın Leypsiq şəhərindən havaya qalxan An-124 təyyarəsi əvvəlcə Arizona ştatındakı Mesa Gateway hava limanına enib. Burada Apache AH-64E helikopterləri təyyarəyə yüklənib. 1 noyabrda uçuşunu davam etdirən "An-124" İngiltərənin East Midlands hava limanına enib və 8 gün ərzində burada gözləyib. 8 noyabrda Hindistana uçmaq əvəzinə, təyyarə gözlənilmədən yenidən Mesaya qayıdıb. 

"Apache AH-64E" helikopterləri Hindistan Ordusu üçün yüksək dağlıq ərazilərdə əməliyyatlarda kritik döyüş platforması hesab olunur. Hellfire raketləri ilə təchiz olunan bu helikopterlər Pakistan və Çin sərhədlərində yerləşdirmək üçün mühüm əhəmiyyət daşıyır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol