"Mən heç vaxt, heç vaxt Ukrayna üçün 140 milyard avroya razı olmayacağam".
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Avropa Birliyinin Ukraynaya 140 milyard avro yardım ayırmaq planı ilə bağlı deyib. Baş nazir Poprad şəhərində məktəblilərlə görüşündə Ukraynaya yardımın əleyhinə olduğunu qeyd edib. Həmin görüş zamanı Fitsonun Ukraynaya dair dediklərinə etiraz əlaməti olaraq, yuxarı sinif şagirdləri zalı tərk ediblər.
Fitsonun sözlərinə görə, Kiyevə maliyyə yardımı münaqişəni daha iki il uzada bilər. O, həmçinin Slovakiyanın Ukraynanı maliyyələşdirmək üçün hər hansı digər sxemdə iştirakını rədd edib.
10 noyabrda Slovakiyanın Aİ-nin Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməsinə qarşı çıxdığı bildirilib. "The European Conservative" qəzetinin məlumatına görə, Fitso bu planı dəstəkləməkdən imtina edib və bunun Ukraynadakı münaqişənin həllinə töhfə verməyəcəyini bildirib.
“AzPolitika.info”


Şərhlər