Menu

Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib

15.11.2025, 14:42
Rusiya İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib

Bu gün səhər saatlarında Rusiya ordusu yenidən Ukraynaya qarşı genişmiqyaslı hücum təşkil edib. Ukrayna 

Müdafiə Qüvvələrinin məlumatına görə, hücum zamanı ümumilikdə 138 raket və pilotsuz uçuş aparatı istifadəyə cəlb olunub.

Bildirilib ki, bunlardan 92-si İran istehsalı olan “Shahed” dronları olub və Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Müdafiə sistemləri tərəfindən 2 ədəd X-47M2 “Kinjal” raketi də vurulub.

Hücum nəticəsində əsas zərbə Xarkov, Sumı, Volın, Çerniqov və Poltava vilayətlərinə dəyib.

Qeyd edək ki, Ukrayna rəsmiləri Rusiyanın İranın hərbi dəstəyi ilə hücumlarını davam etdirdiyini vurğulayır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol