ABŞ Rusiyanın “Lukoil” neft şirkətinin xarici bölmələri üçün sanksiyaların tətbiqini müvəqqəti dayandırıb. “Exo Kavkaza” radiosunun yazdığına görə, bu addım şirkətə öz xarici aktivlərini satmaq üçün əlavə vaxt verilməsi məqsədi daşıyır.
ABŞ Maliyyə Nazirliyi yaydığı bəyanatda bildirib ki, “Lukoil”ə qarşı sanksiyaların tətbiqi dekabrın 13-dək uzadılıb. Nazirlik həmçinin qeyd edib ki, verilmiş qərar digər şirkətlərə də “Lukoil”lə birlikdə onun xarici aktivlərinin alınmasına dair danışıqlar aparmağa imkan yaradır.
Məlumatda vurğulanır ki, bununla yanaşı, “Lukoil”in Bolqarıstandakı bölmələri və Burqas şəhərində yerləşən neft emalı zavoduna ayrıca yarım illik fəaliyyət lisenziyası verilib. Bu lisenziya onların fəaliyyətinin aprelin sonlarına qədər davam etməsinə şərait yaradıb.
Xatırladaq ki, “Lukoil”ə qarşı sanksiyalar bir müddət əvvəl ABŞ-ninPrezidenti Donald Tramp tərəfindən “Rosneft”lə birgə tətbiq edilib.
“AzPolitika.info”


Şərhlər