Menu

"F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər - Fidan

16.11.2025, 00:27
"F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər - Fidan

Sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə qeyd edib ki, iki ölkə arasında CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) kimi sanksiyalar olmamalıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına müsahibəsində deyib.

H. Fidan qeyd edib ki, D. Tramp sözügedən sanksiyaların ləğvi ilə bağlı komandasına tapşırıq verib.

Türkiyə xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, F-35 qırıcı təyyarələri ilə bağlı məsələ də yaxın gələcəkdə həll oluna bilər.

O, ilkin razılıq mətninin hazır olduğunu bildirsə də, detalları açıqlamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol