Menu

Prezident Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsindən danışdı

16.11.2025, 18:59
Prezident Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsindən danışdı

"Rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı səsləndirib:

“Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.

Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır.

Sonda Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”.

Şərhlər

TARİX 2025-11-16 23:18:45

FİBER OPTİK KABEL ŞƏBƏKƏSİ YOX,FİBER OPTİK KABEL XƏTTİ YAZMAQ LAZIMDIR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol