Menu

Rusiya və ABŞ Alyaskadakı anlaşmalar əsasında dialoq aparır - Yuri Uşakov

16.11.2025, 23:21
Rusiya və ABŞ Alyaskadakı anlaşmalar əsasında dialoq aparır - Yuri Uşakov

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva ilə Vaşinqton arasında Ukrayna üzrə danışıqlar Alyaskanın Ankoric şəhərində əldə olunan anlaşmalar əsasında davam edir.

APA xəbər verir ki, o, bunu jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

“Biz Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Ankoricdə əldə olunan anlaşmalar çərçivəsində fəal dialoq aparırıq. Hesab edirik ki, bu, sülhün əldə olunması üçün real və düzgün yoldur”, — Uşakov deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol