Ukrayna Yunanıstan üzərindən ölkəyə qaz tədarükü üçün yeni marşrutu razılaşdırıb. Bu barədə prezident Vladimir Zelenski məlumat verib. Onun sözlərinə görə, bu razılaşma Rusiyanın zərbələri nəticəsində qış aylarında yaranan daxili hasilat itkilərini kompensasiya etməyə imkan verəcək.
Zelenski bildirib ki, yeni marşrut qışa hazırlıq çərçivəsində qaz idxalının təhlükəsizliyini maksimum artırmağı hədəfləyir:
“Bu, Ukraynaya qaz tədarükü üçün daha bir marşrut olacaq – məqsəd qaz idxalının marşrutlarını qışa maksimum dərəcədə təhlükəsiz etməkdir. Artıq qaz idxalının maliyyələşdirilməsi ilə bağlı razılaşmalarımız var və tələbatı təxminən iki milyard avroya qədər ödəyəcəyik,” – deyə o, teleqram kanalında yazıb.
Maliyyə dəstəyiAvrokomissiyanın zəmanətləri əsasında Avropa İttifaqının tərəfdaşları və Avropa bankları tərəfindən göstərilir.
Zelenskinin sözlərinə görə, yeni marşrutla Ukraynaya qazın ilk partiyaları yanvar ayında çatdırılacaq. Qaz Yunanıstanın Aleksandrupolis limanından Ukraynanın Odessa limanına daşınacaq.
“Bloomberg”-in məlumatına görə, 2025-ci ilin oktyabr ayına olan hesablamalar Rusiyanın intensiv raket zərbələri nəticəsində Ukraynanın təbii qaz istehsalının yarıdan çoxunun məhv edildiyini göstərir.
“AzPolitika.info”


Şərhlər