Menu

Paşinyanın partiyası yerli seçkidə qalib gəldi - Hakim partiya üçün olduqca önəmli nəticə

17.11.2025, 10:54
Paşinyanın partiyası yerli seçkidə qalib gəldi - Hakim partiya üçün olduqca önəmli nəticə

Dünən Erməni Apostol Kilsəsinin mənəvi mərkəzi sayılan Vağarşapat icmasında yerli şura seçkiləri keçirilib.

“AzPolitika” xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası bütün 47 seçki məntəqəsi üzrə səsvermənin nəticələrini açıqlayıb. Nəticələrə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası əzici üstünlüklə seçkini qazanıb və onun nümayəndəsi Argişti Mekhakyan qalib olub.

Nəticələrə görə,

Qələbə koalisiyası — 9789

Pan-Ermənistan Cəbhəsi Partiyası — 287

Respublika Partiyası — 1211

Ana Ermənistan Milli Demokrat Partiyası — 1674

Azad Demokratlar Partiyası — 1152

İrs Partiyası — 433

Vətəndaş Müqaviləsi Partiyası — 14948

Vətən Partiyası — 1157 səs qazanıb.

Beləliklə, Paşinyanın partiyası “Daşnaksutyun” və digər partiyaların birləşdiyi “Qələbə” koalisiyasını böyük üstünlüklə məğlub edib. Müşahidəçilər bu seçkini gələn il keçiriləcək parlament seçkisi öncəsi olduqca önəmli repetisiya hesab edirdilər. Bu baxımdan hakim partiyanın qələbəsi Paşinyan hökuməti üçün çox önəmli uğur hesab edilir.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol