Menu

ABŞ-nin yüksək vəzifəli rəsmisi İrəvandadır

17.11.2025, 11:45
ABŞ-nin yüksək vəzifəli rəsmisi İrəvandadır

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alyson Huker Ermənistana gəlib.

“AzPolitika” yerli mediaya istinadla bildirir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Səfirliyin açıqlamasına görə, səfərin əsas məqsədi ABŞ Prezidentinin regionda sülh və təhlükəsizliklə bağlı vizyonunun irəlilədilməsidir.

Məlumatda bildirilir ki, Hukerin İrəvana səfəri çərçivəsində ABŞ-Ermənistan strateji tərəfdaşlığının gücləndirilməsi istiqamətində növbəti addımlar müzakirə olunacaq. Bu proses “Beynəlxalq sülh və rifah naminə Trampın yolu” layihəsi və iki ölkə arasında imzalanmış memorandumlar çərçivəsində davam etdirilir.

Alyson Hukerin Ermənistanda bir sıra yüksək səviyyəli rəsmi görüşləri nəzərdə tutulub. O, Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xüsusi nümayəndə Ruben Rubinyan ilə danışıqlar aparacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol