Menu

Yeni "iPhone" gəlir, qiymət düşür

25.12.2014, 13:00
Yeni "iPhone" gəlir, qiymət düşür

"iPhone 6S mini" gələn il təqdim ediləcək

"Apple" daha bir yeniliyə imza atmağa çalışır. ANS PRESS-in məlumatına görə, "iPhone 6" və "iPhone 6 Plus"dan sonra şirkət yeni smartfonun hazırlıqlarına başlayıb.

Gələn il smartfonlar siyahısına "iPhone 6S mini" əlavə edilə bilər. Yenilik mövcud son model telefonların qiymətinin də düşməsinə səbəb olacaq.

"Apple"in 6-cı nəsil iPhone modellərində dizayn dəyişikliyi edilib. Dəyişikliyin "iPhone 6S mini"də də hiss ediləcəyi istisna edilmir. Telefonun ekranın ölçüsü 4 düym olacaq.

6S mini modeli ilə "iPhone 5" modelinə geri dönüş də hiss ediləcək.

Yeniliyin gələn ilin ortalarında təqdim ediləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol