Ukraynanın Dnepr şəhəri noyabrın 18-nə keçən gecə Rusiya ordusunun növbəti dron hücumuna məruz qalıb.
Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Vladislav Hayvanenko bildirib ki, zərbələr nəticəsində iki mülki şəxs xəsarət alıb: 59 yaşlı qadın və 67 yaşlı kişi orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zərbə nəticəsində şəhərin müxtəlif hissələrində eyni vaxtda yanğınlar qeydə alınıb. Yerli hakimiyyətin məlumatına görə, 6 yaşayış evi, administrativ bina, bir mağaza və bir neçə kommersiya obyekti ciddi ziyan görüb.
Hücum zamanı iki mərtəbəli bina – Ukrayna İctimai Televiziyasının və “Ukrayna radiosu”nun regional redaksiyalarının yerləşdiyi mərkəz də zədələnib.
İctimai kanalın yaydığı məlumata görə, binada yanğın baş verib, pəncərələr və qapılar sıradan çıxıb, örtük və tavan konstruksiyaları dağılıb. Hücum anında redaksiyada əməkdaşların olmaması faciənin qarşısını alıb.
“AzPolitika.info”


Şərhlər