Menu

İspaniyadan Ukraynaya 1 milyardlıq yardım

18.11.2025, 16:16
İspaniyadan Ukraynaya 1 milyardlıq yardım

İspaniya Rusiyanın enerji infrastrukturuna hücumlarından sonra Ukraynaya dəstək məqsədilə əlavə yardım paketini açıqlayıb.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Madrid Ukraynanın ehtiyacları üçün ABŞ-dən hərbi avadanlıq alınmasına 1 milyard avro ayıracaq. Bu vəsait ölkənin daha əvvəl planlaşdırdığı digər avadanlıqların, o cümlədən generatrorların alınmasına yönəldilən büdcəyə əlavə ediləcək.

Nazir vurğulayıb ki, İspaniya Ukraynanın suverenliyinə və müdafiəsinə uzunmüddətli sadiqliyini qoruyur və müharibə davam etdiyi müddətdə bu dəstəyi davam etdirəcək.

Albares qeyd edib ki, ötən il də İspaniya Ukrayna üçün 1 milyard avroluq silah yardımı ayırmışdı və bu il də oxşar həcmdə hərbi dəstək gözlənilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol