Menu

Rusiya və ABŞ məhbusları dəyişməyi müzakirə edib – Dmitriyev Uitkofla danışıqlar aparıb

18.11.2025, 16:56
Rusiya və ABŞ məhbusları dəyişməyi müzakirə edib – Dmitriyev Uitkofla danışıqlar aparıb

Rusiyanın Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-nin müxtəlif rəsmiləri ilə görüşərək amerikalı və rus məhbusların mübadiləsinin yeni imkanlarını müzakirə edib.

“AzPolitika” bildirir ki, bu barədə Dmitriyev “Axios” xəbər agentliyinə açıqlama verib. O, qeyd edib ki, bu mövzu üzrə o, bir sıra amerikalı rəsmilər, o cümlədən ABŞ Prezidenti Donald Trampın komandasının üzvləri ilə görüşüb. Dmitriyevin əsas danışıq tərəfi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff olub. Görüş 24-26 oktyabr 2025 tarixlərində Dmitriyevin Vaşinqtona səfəri zamanı baş tutub.

Müzakirələrin məqsədi ABŞ və Rusiya arasında məhbus mübadiləsini nəzərdən keçirmək, tərəflərin qarşılıqlı etimadını artırmaqdır. Dmitriyev görüşlərdə həmçinin tərəflərin digər humanitar məsələlərdə əməkdaşlıq imkanlarını da qiymətləndirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol