Menu

Məmmədli kəndində 4 yararsız avtobus yanıb - VIDEO

18.11.2025, 20:03
Məmmədli kəndində 4 yararsız avtobus yanıb - VIDEO

Abşeron rayonu, Məmmədli kəndində 4 yararsız avtobus yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə ümumilikdə 35 ədəd istismara yararsız avtobus olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol