Menu

Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-21 millisi qələbə qazanıb

19.11.2025, 00:07
Avropa çempionatının seçmə mərhələsi: Azərbaycanın U-21 millisi qələbə qazanıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Report" xəbər verir ki, B qrupunun oyununda səfərdə Cəbəllütariq millisi ilə üz-üzə gələn yığma 1:0 hesablı qələbəyə sevinib.

"Europa Point Stadium"dakı yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurub.

Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliya millisinə qarşı keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol