Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya tərəfindən Ternopola edilən raket və dron hücumları nəticəsində 9 nəfər ölüb, çoxsaylı şəxslər yaralanıb və yaşayış binalarında ciddi dağıntılar baş verib.
“Ternopolda yaşayış binalarına zərbə dəyib, yanğınlar başlayıb. Təəssüf ki, binalarda ciddi dağıntılar var və dağıntılar altında insanlar qala bilər. Hazırda onlarla yaralı var, 9 nəfərin həlak olduğu məlumdur”, – deyə Zelenski öz “Telegram” kanalında yazıb.
Prezident əlavə edib ki, gecə ərzində Rusiya Ukraynaya ümumilikdə 470 dron və 48 ballistik və qanadlı raketlə hücum edib.
Ukrayna rəhbərliyi dağıntıların və itkilərin dəqiq siyahısını dəqiqləşdirir, həmçinin fövqəladə xidmətlər əhalinin təhlükəsizliyinin təmin olunması üçün işləri davam etdirir.
“AzPolitika.info”

Şərhlər