İsrail Yaxın Şərqdəki hərbi əməliyyatlarını davam etdirərək Livanla mövcud atəşkəs razılaşmasına baxmayaraq Nebatiyə bölgəsinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
İsrail ordusu daha sonra isə Livanın cənubunda, Sidon şəhəri yaxınlığında yerləşən Ain al-Hilveh Fələstin qaçqın düşərgəsinə hava zərbəsi endirib.
İlkin məlumatlara görə, 11 nəfər həlak olub, 4 nəfər yaralanıb
İsrail ordusu hücumun Həmas-a məxsus təlim düşərgəsini hədəfə aldığını iddia edir.
"AzPolitika.info"


Şərhlər