Ukrayna Avropa müttəfiqlərindən dondurulmuş Rusiya dövlət aktivlərinə əsaslanan 140 milyard avroluq təzminat krediti verməklə bağlı siyasi qərar qəbul etmələrini tələb edir.
“AzPolitika” xəbər verir ki, “Reuters”- in məlumatına görə, Kiyev 2026-cı il büdcəsindəki böyük boşluqdan və korrupsiya qalmaqalının nəticələrindən narahatdır.
Avropa liderləri ötən ay Kiyev üçün Rusiya aktivləri ilə təmin edilmiş kredit barədə razılığa gələ bilməyiblər və bu məsələni 18 dekabrda Brüsseldə keçiriləcək sammitdə yenidən müzakirə edəcəklər. Ukraynanın 2026-cı ilin ikinci rübündən başlayaraq ilk böyük maliyyə dəstəyinə ehtiyac duyacağı gözlənilir. Həmin sammit Avropanın bu il Ukraynaya kredit vermək üçün son şansı kimi görünür.
Kiyev avropalı tərəfdaşlarından vəsaitlərin təmin ediləcəyi strukturu və mexanizmi müəyyən etmələrini gözləyir.
“Reuters” agentliyinin məlumatına görə, Ukraynanın 2026-2027-ci illər üçün qalıq ehtiyacları 135,7 milyard avro təşkil edir. Komissiyanın dondurulmuş Rusiya aktivlərindən istifadə təklifi qəbul edilsə, bu ehtiyaclar 140 milyard avroluq kreditlə ödənəcək.
“AzPolitika.info”


Şərhlər