Menu

Üç və daha çox uşağı olan analara güzəşt təklif olunur - Erkən pensiyaya çıxmaq hüququ verilə bilər

20.11.2025, 16:33
Üç və daha çox uşağı olan analara güzəşt təklif olunur - Erkən pensiyaya çıxmaq hüququ verilə bilər

Üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun verilməsi təklif olunub.

APA xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.

Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: “Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiyaya çıxmaq hüququ var.

Şərhlər

Nəzakət 2025-11-21 18:53:56

İnsanlara zülüm etməsinlər Allahdan qorxsunlar pensiya yaşin azaldsınlar kim ındi 3 üşaq dünyaya ğetirir millet ne zülüm en uşaq saxlayır her şey bahadı uşaq saxlamaq çetindi menim 2 nevem var ataları işləmir dövlet onlara yardımda vermir buna bir tədbir ğörsunlər








Vətəndaş 2025-11-20 20:30:23

İndiki halda Aərbaycanda neçə nəfər 3 və daha artıq uşağı olan analar var?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol