Menu

Gələn il üçün yaşayış minimumu 300 manat olacaq

20.11.2025, 16:47
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq.

Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Şərhlər

Vətəndaş 2025-11-20 20:14:46

300 manata necə br ay-30 gün insan minimum yaşaya bilər ? Bunu bu rəqəmi ortaya çıaran şəxs izah edə bilərmi?Əgər zah edə bilmirsə bu yanışlıq kimə və nəyə xidmət edir? bir kiloqram yağ-28manat.1 kiloqramət 22 manat.metro.avtobs 60-100 qəplk..,dərmanlar baha .tibbi xidmət fantastk. vəsairə.bu 3manat hansı düşüncə ilə ortaya atılır?buna kimizahat verəcək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol