Menu

Putin hərbi rəhbərliklə müşavirə keçirdi - Ukayna hərbçilərini təslim olmağa çağırdı...

20.11.2025, 23:04
Putin hərbi rəhbərliklə müşavirə keçirdi - Ukayna hərbçilərini təslim olmağa çağırdı...

Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyat (SVO) ( nüharibə- red.) zonasında vəziyyətə dair hərbçilərlə müşavirə keçirib.

"AzPolitika" Rusiya mediasına istinadla xəbər verir ki, görüş zamanı Baş Qərargah rəisi Valeri Gerasimov və müxtəlif hərbi qruplaşmaların komandanları əməliyyatlar barədə Putinə məruzə ediblər. Məlumatlar Rusiya tərəfinin açıqlamalarına əsaslanır.

Rusiya hərbçilərinin hesabatına görə, əvvəlki müşavirədə qoyulan bütün tapşırıqlar yerinə yetirilib. Gerasimov Kupyanskın Rusiya qüvvələri tərəfindən ələ keçirildiyini iddia edib. Toplantıda “Qərb” qruplaşmasının bölmələrinin Oskol çayının sol sahilində Ukrayna qüvvələrinə zərbələr endirdiyi qeyd olunub. Gerasimovun sözlərinə görə, Volçanskın 80%-dən çoxu, Dnepropetrovsk və Zaporojye bölgələrində ümumilikdə 13 yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib. O, iddia edib ki, “Şərq” qruplaşması 1 noyabrdan bəri həmin bölgələrdə 230 kv. km-dən çox ərazini nəzarətə götürülüb.

“Cənub” qruplaşmasının komandiri Konstaninovkanın şərq və cənub-şərq hissələrinin Rusiya qüvvələri tərəfindən nəzarətə alındığını, İvanpollenin “azad edilməsinin” tamamlanmaq üzrə olduğunu deyib.

“Qərb” qruplaşmasının komandiri Krasnıy Liman istiqamətində irəliləyiş olduğunu, Petropavlovkanın nəzarətə götürüldüyünü, Kucherovka, Kurilovka və Kupyansk-Uzlovoy uğrunda döyüşlərin davam etdiyini bildirib.

Putin müşavirədə SVO-nun məqsədlərinin “mütləq şəkildə yerinə yetirilməli olduğunu” deyib. O, Ukrayna hakimiyyətini “cinayətkar qrup” adlandırıb və Ukrayna hərbçilərinin “silahı yerə qoyub təslim olmasına şərait yaradılmalı olduğunu” bildirib. Onun sözlərinə görə, Kupyansk yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 15 batalyonu mühasirəyə alınıb.

Ukrayna tərəfi hələlik bu bəyanatlarla bağlı rəsmi reaksiya açıqlamayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol