Menu

Azərbaycanla ABŞ Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər

21.11.2025, 11:54
Azərbaycanla ABŞ Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə qarşı tərəfə Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verilib. Bu istiqamətdə, eləcə də Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol