Menu

Nömrə nişanları 3 rəqəmli olacaq? - AÇIQLAMA

21.11.2025, 20:00
Nömrə nişanları 3 rəqəmli olacaq? - AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsindən sosial şəbəkələrdə altı rəqəmli nömrə nişanları ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

Qeyd olunub ki, avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında heç bir dəyişiklik nəzərdə tutulmur. Sosial şəbəkələrdə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

Şöbə rəisi əlavə edib ki, gələcəkdə nömrə nişanları ilə bağlı hər hansı yenilik olacağı təqdirdə, bu barədə ictimaiyyət əvvəlcədən rəsmi şəkildə məlumatlandırılacaq.

***

Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara görə, AZS 599:2025 dövlət standartına əsasən, dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı "defis" işarələri ləğv edilib.

Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, nömrə nişanlarındakı dəyişiklik təkcə “defis”lə bağlı deyil.

“Yeni standartlara əsasən, artıq region kodu 2 yox, 3 rəqəmli olacaq. Ümumilikdə isə nömrədə 6 rəqəm olacaq.

• ilk 3 rəqəm - region kodu,

• ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,

• son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək”, - ekspert bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib ki, hazırda istifadədə olan dövlət qeydiyyat nişanları olduğu kimi qalacaq. Dəyişiklik bundan sonra veriləzək təzə nömrələrdə əksini tapacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol