Menu

Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü + ADLAR (Yenilənib)

21.11.2025, 21:06
Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant öldü + ADLAR (Yenilənib)

Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Bunlar Cəmil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyevdir (2006).

Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

***

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Şərhlər

sadiq 2025-11-22 12:35:29

Lake otelin sahibi kimdir ?

Kohne 2025-11-22 10:41:14

LAKEHOTEL FAHIŠEXANADIR.OTEL 1 SAATLIGA 2 SAATLIGA VERILMEZ......NIYE YAZMIRSIZ...ELBIRSIZ???

TARİX 2025-11-22 09:26:24

ALLAH DÜNYASINI DƏYİŞƏ CƏNC ÖVLADLARIMIZA RƏHMƏT ELƏSİN. TEXNİKİ TƏHLÜKƏSİZLİK QAYDALARINA RİAYƏT OLUNMASI İŞ.YERLƏRİNDƏ SIFIR SƏVİYYƏDƏDİR ALLAH AİLƏLIRİNƏ SƏBR VERSİN.

Rr 2025-11-22 03:05:38

Derd

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol