Moskvada Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzinlə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında görüş keçirilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı press-relizdə məlumat verilir.
Məlumata görə, söhbət zamanı Azərbaycanın 14 noyabr tarixli müraciətində qaldırılan məsələ – Kiyevdə Azərbaycan səfirliyinin binasına, əmlakına və ərazisinə dəymiş ziyan – Rusiya tərəfindən diqqətlə araşdırılıb. Rusiya tərəfi baş vermiş hadisəyə görə təmənnasız təəssüfünü ifadə edib.
Qakuzun iddia edib ki, araşdırmaların nəticəsinə əsasən, səfirlik kompleksinə "Patriot” zenit-raket kompleksinin raketinin qalıqlarının düşdüyü ehtimal olunur. Bunun səbəbi kimi isə Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin düzgün işləməməsi göstərilib.
Görüşdə həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, 2020–2022-ci illər üzrə imzalanmış üçtərəfli razılaşmaların icrası və bu prosesə Rusiyanın mümkün dəstəyi müzakirə olunub. Bundan əlavə, regional əməkdaşlıq formatı olan “3+3” platformasının fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələləri də gündəmdə olub.
Xatırladaq ki, raket zərbələri nəticəsində Azərbaycan səfirliyinin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bu, müharibə başlayandan sonra üçüncü belə hadisədir. Həmçinin, Azərbaycanın SOCAR şirkətinə məxsus infrastruktur da Rusiya ordusunun zərbələri nəticəsində məhv edilib.
Azərbaycan bu hadisələrin təsadüfən baş vermədiyini bəyan edib və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov Xarici İşlər Nazirliyinə çağrılaraq ona etiraz notası təqdim edilib.
Rasim
“AzPolitika.info”


Şərhlər