Menu

ZELENSKİ XALQA MÜRACİƏT EDİB - "Gələn həftə çətin və hadisəli olacaq"

21.11.2025, 21:12
ZELENSKİ XALQA MÜRACİƏT EDİB - "Gələn həftə çətin və hadisəli olacaq"

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət edib.

APA xəbər verir ki, Zelenski 24 fevralda Ukraynaya xəyanət etmədiklərini, bundan sonra xəyanət etməyəcəklərini bildirib.

“Bilirəm ki, xalqım yanımdadır”, - Zelenski qeyd edib.

O, gələn həftə çətin və hadisəli olacağını bəyan edib: “Siz yetkin və məlumatlı bir xalqsınız. Bu müddət ərzində çox təzyiq olacaq. Düşmən yatmır”.

"Ukraynanın maraqları nəzərə alınmalıdır. Biz Amerika və bütün tərəfdaşlarla rahat şəkildə işləyəcəyik. İnandıracağam, alternativlər təklif edəcəyəm, amma şübhəsiz ki, düşmənə Ukraynanın sülh istəmədiyini söyləmək üçün heç bir səbəb verməyəcəyik”, - Zelenski qeyd edib.

Şərhlər

Cəmşid Dərələyəzli 2025-11-22 16:16:21

Her şeyin içine ilk günden etmisen, Zelenski. Əslində Ukrayna xalqı da senin kimi siyasətdə səriştəsiz birini özlərinə prezident seçdikleri üçün, sənin qədər günahkardılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol