Menu

Sabiq idarə rəisi həbsdə öldü

22.11.2025, 11:01
Sabiq idarə rəisi həbsdə öldü

Ləğv olunmuş “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin keçmiş rəisi Mahir Əliyev həbsdə vəfat edib.

"AzPolitika"  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, M.Əliyev 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 2017-2021-ci illərdə sözügedən idarənin rəisi vəzifəsində çalışıb. 2021-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Daha sonra Mahir Arif oğlu Əliyev Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə təqsirli bilinib və müvafiq hökmlə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Şərhlər

Əyyar 2025-11-22 12:47:36

Xahiş edirəm, sərlövhə qoyanda etik normalara fikir verilsin: "öldü" əvəzinə daha yumşaq, deyək ki, "vəfat etdi" yazmaq olmazdımı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol